Böyük Britaniya 195 fiziki və hüquqi şəxsin daxil olduğu Rusiyaya qarşı sanksiyalar siyahısına texniki düzəlişlər edib.
"Report" bu barədə TASS-a istinadən xəbər verir.
Belə ki, Dövlət Dumasının deputatları və Federasiya Şurasının üzvləri ilə bağlı dəyişikliklər edilib. Sənədin yeni variantında bir sıra texniki düzəlişlər, eləcə də bəzi şəxslərin “qara siyahı”ya salınmasının səbəbləri ilə bağlı əlavə izahatlar var ki, bu da Böyük Britaniyaya girişin qadağan edilməsini və onlar aşkar edilərsə, ölkədəki aktivlərin dondurulmasını nəzərdə tutur.