Böyük Britaniya Rusiyaya qarşı yeni aviasiya sanksiyası tətbiq edib.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
“Bu gün Britaniya öz hava səmasında istənilən Rusiya təyyarəsini saxlamağa imkan verən yeni sanksiyalar qəbul edib”, - o bildirib.
Eyni zamanda, vurğulanıb ki, bu qərar Rusiya ilə əlaqədə olan fiziki və hüquqi şəxslər də aiddir.
Britaniyanın nəqliyyat naziri Qrant Şapps qeyd edib ki, artıq ilk rus təyyarəsi saxlanılıb: "İndi təyyarənin əsas sahibinin kim olduğu ilə bağlı araşdırma aparılacaq".