Böyük Britaniya və Fransa qanunsuz immiqrasiyaya qarşı mübarizəni gücləndirəcəklər.
“Report” xəbər verir ki, bununla bağlı müqaviləni iki ölkənin daxili işlər nazirləri Priti Patel və Jerald Darmanin imzalayıblar.
Miqrantlar qanunsuz olaraq tez-tez La-Manş boğazını keçərək Böyük Britaniyaya getmək üçün fürsət axtarırlar. Burada onları sosial proqramlar, qaçqın statusu və müavinət almaq imkanı cəlb edir.
Sənədə əsasən Fransa sahillərində mühafizə gəmilərinin, çimərliklərdə isə polis əməkdaşlarının sayı iki dəfədən çox artırılacaq.