Böyük Britaniyanın Baş naziri Rişi Sunak Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə telefonla Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
“Report” xəbər verir ki, məlumatı “ahram” yayıb.
Bildirilib ki, tərəflər Qəzza zolağında və ətrafında gərginliyin azaldılmasına dair fikir mübadiləsi aparıblar. Məlumata görə, Sunak və Sisi HƏMAS-ın İsrailə hücumu nəticəsində yaranan humanirtar böhranın aradan qaldırılması ilə bağlı yollardan danışıblar. Əs-Sisi Qəzza zolağına, Fələstin xalqına humanitar yardımın göndərilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.