Böyük Britaniya hökuməti dünya bazarında qazın qiymətinin artması səbəbindən yeni Atom Elektrik Stansiyaları tikmək planlarına daha çox diqqət yetirir.
Bu barədə “Report” “The Sunday” qəzetinə istinadən xəbər verir.
Qeyd olunub ki, baş nazir Boris Conson kabineti, ölkədə hər biri 450 MVt gücündə 16 kiçik modul reaktorun yaradılmasını nəzərdə tutan Rolls-Royce konserninin layihəsini təsdiqləməyə hazırlaşır. Konsern ilk kiçik modul reaktoru 2030-cu ildə istifadəyə verməyi planlaşdırır.
Qəzetin hökumət mənbələri bunun səbəbini, mövcud qaz qiymətləri və son həftələrdə Şimal dənizində külək turbinlərinin istehsal etdiyi enerji miqdarının müvəqqəti azalması ilə əlaqələndirirlər.