Böyük Britaniyalı milyarder və ölkənin ən böyük qəzetlərindən biri olan“Daily Telegraph” və onun törəmə nəşrlərinin həmsahibi olan Devid Barklay 86 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə “Guardian” qəzeti yazıb.
Qəzetin yazdığına görə, milyarderin gözlənilməz ölümünə qısa çəkən xəstəlik səbəb olub. Barklayın dörd oğlu və doqquz nəvəsi var.
Qeyd olunur ki, Devid Barklay əkiz qardaşı Frederik ilə birlikdə “Daily Telegraph” qəzetinin sahibləri və dövrünün ən uğurlu iş adamlarından biri olub. 2020-ci ildə “Sunday Times” tərəfindən dərc olunan ən varlı insanların siyahısına görə, qardaşların sərvəti 8 milyard funt sterlinq (9,5 milyard ABŞ dolları) olaraq qiymətləndirilib.