Britaniyanın səhiyyə naziri köməkçisi ilə qalmaqal fonunda istefa verdi

Britaniyanın səhiyyə naziri köməkçisi ilə qalmaqal fonunda istefa verdi Britaniyanın səhiyyə naziri istefaya getdi
Digər ölkələr
26 İyun , 2021 23:43
Britaniyanın səhiyyə naziri köməkçisi ilə qalmaqal fonunda istefa verdi
Mett Henkok

Britaniya Səhiyyə Nazirliyinin başçısı Mett Henkok köməkçisi ilə qalmaqal və nazirliyin şurasına təyinatla əlaqədar istefaya gedib.

“Report” xəbər verir ki, bu barədə o, özünün tvitterdəki videomüraciətində bildirib.

"Səhiyyə Nazirliyinin başçısı vəzifəsindən istefam haqqında bildirmək üçün bu gün baş nazirlə görüşdüm. Mən istefaya getməliyəm", - Henkok deyib.

Səhiyyə Nazirliyinin keçmiş rəhbəri baş nazirin adına yazılan rəsmi məktubunda bildirib ki, indi o, ailəsi və uşaqlarına daha çox vaxt ayırmalıdır.

"Qaydanı pozduğum üçün yenidən üzr istəmək, bütün bunları yaşadığım üçün ailəmdən və yaxınlarımdan üzr istəmək istəyirəm. İndi uşaqlarımın yanında olmalıyam. İstefa verməliyəm", - nazir deyib.

Son xəbərlər

Orphus sistemi