Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid koronavirusa yoluxub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.
“Bu səhər COVID-19-la bağlı verdiyim testin cavabı müsbət olub. Ancaq pevənd olunduğum üçün xəstəliyin simptomları zəifdir. Siz vaksinasiya olunmayıbsınızsa, zəhmət olmazsa bunu tezləşdirin”, - Sacid Cavid bildirib.
Qeyd edək ki, onun sələfi Mett Henkok da 2020-ci ilin yazında pandemiyanın birinci dalğasında koronavirusa yoluxmuşdu.