Britaniyanın yeni müdafiə naziri: "Ukraynaya dəstəyimizi davam etdirəcəyik"

Britaniyanın yeni müdafiə naziri: "Ukraynaya dəstəyimizi davam etdirəcəyik" Böyük Britaniyanın yeni müdafiə naziri Qrant Şepps Rusiyanın işğalına qarşı Ukraynaya yardımın davam etdiriləcəyini bildirib.
Digər ölkələr
31 Avqust , 2023 14:34
Britaniyanın yeni müdafiə naziri: Ukraynaya dəstəyimizi davam etdirəcəyik

Böyük Britaniyanın yeni müdafiə naziri Qrant Şeps Rusiyanın işğalına qarşı Ukraynaya yardımın davam etdiriləcəyini bildirib.

“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

Q.Şepps qeyd edib ki, Britaniyanın Ukraynaya dəsti davam edəcək.

O, keçmiş nazir Ben Uelsin kursuna sadiq qalacağını söyləyib.

Xatırladaq ki, B.Uels bu gün istefa verib. Onun yerinə Q.Şeps təyin olunub.

Q.Şeps bundan əvvəl enerji təhlükəsizliyi naziri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi