Bu gün İspaniyanın paytaxtı Madriddə NATO-nun növbəti sammiti başlayır.
“Report” xəbər verir ki, iclasa Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçıları qatılacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edəcək. Ukraynanın dövlət başçısı Volodimir Zelenski sammitə videoformatda qatılacaq.
Sammitdə qurumun yeni strateji konsepsiyası qəbul olunacaq. Həmçinin Ukraynaya dəstək, NATO-nun xərclərinin artırılması məsələləri müzakirə ediləcək.
İclas iki gün davam edəcək.