Almaniya Bundestaqının Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Tsimmermann Almaniya hökumətini Ukraynaya hərbi yardım üzrə uzunmüddətli strategiya hazırlamağa çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Almaniya mətbuatına bildirib.
Onun sözlərinə görə, Almaniya yaxın aylarda Ukraynanı dəstəkləməyə davam etmək üçün tərəfdaşları ilə birlikdə ssenari hazırlamalıdır.
O bildirib ki, yalnız yardım çağırışlarına cavab vermək uzunmüddətli strategiya deyil: "Ukraynadakı vəziyyət birbaşa digər ölkələrə, o cümlədən Almaniyaya təsir edir".