Burkina Fasoda Fransanın “France 24” telekanalının yayımı dayandırılıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Burkina Faso hərbi hökuməti “Əl-Qaidə” terror təşkilatının Şimali Afrika qanadı olan AQIM-in rəhbəri ilə müsahibəni yayımladıqdan sonra “France 24” telekanalının ölkədə yayımının dayandırılması haqqında qərar qəbul edib
Xatırladaq ki, rəsmi Paris və Uaqaduqu arasında münasibətlər Burkina Faso hərbçilərinin ötən ilin oktyabrında çevriliş nəticəsində hakimiyyəti ələ keçirməsindən sonra kəskin şəkildə pisləşib.
Yanvar ayında Burkina Faso Fransaya qoşunlarını ölkədən çıxarması üçün bir ay vaxt verib. Buna səbəb kimi Fransa qoşunlarına üsyançılarla mübarizə aparmağa icazə verən hərbi sazişin qüvvədən düşməsi göstərilib.