Afrikanın qərbindəki Burkina-Fasoda 12 hərbçi və jandarm silahlıların hücumu zamanı həlak olub.
“Report” xəbər verir ki, bu barədə yerli
Mənbənin sözlərinə görə, silahlı şəxslər şimalda yerləşən Suru əyalətində təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücum ediblər. Hücum zamanı yeddi hərbçi və beş jandarm həlak olub.
Qeyd edilir ki, hücum nəticəsində ölkənin müdafiə və təhlükəsizlik qüvvələrinin daha yeddi əsgəri itkin düşüb.
Silahlıların itkiləri barədə məlumat yoxdur.