Burkina Fasonun şimalındakı Yaqa əyalətinin Solxan kəndinə silahlıların hücumu nəticəsində ölənlərin sayı 138 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə
Qeyd edilir ki, həlak olanlar arasında - yeddi uşaq var. Hücum zamanı daha 40 nəfər yaralanıb. Ölkədə 72 saatlıq matəm elan edilib.
Hərçənd hücuma görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Yerli KİV hücumda "Əl Qaidə" və İŞİD terrorçularını ittiham edir. Təhlükə ilə əlaqədar Burkina Fasonun 1,1 milyondan çox sakini evlərini tərk etməyə məcbur olub.
Daha əvvəl silahlıların hücumu nəticəsində 100 nəfərin həlak olması haqqında bildirilib.
Bununla yanaşı, ölkədə daha bir hücum Tadaryat kəndində olub. Hücum nəticəsində 14 nəfər öldürülüb.
Burkina Fasoda hücum zamanı onlarla insan həlak olub.
“Report” xəbər verir ki, məlumatı “Habertürk” yayıb.
Məlumata görə, hadisə ölkənin şimalında baş verib. Kəndlərdən birinə terrorçuların hücumu nəticəsində azı 100 dinc sakin öldürülüb.