CAR-da milli birlik hökuməti yaradılıb

CAR-da milli birlik hökuməti yaradılıb Cənubi Afrika Respublikasında 11 parlament Partiyasının dəstəyi ilə milli birlik hökuməti yaradılıb.
Digər ölkələr
1 İyul , 2024 07:49
CAR-da milli birlik hökuməti yaradılıb

Cənubi Afrika Respublikasında (CAR) parlamentin 11 partiyasının dəstəyi ilə milli birlik hökuməti yaradılıb.

“Report” xəbər verir ki, bu barədə CAR Prezidenti Siril Ramaposa televiziya ilə xalqa müraciətində bildirib.

"İndiki formada Cənubi Afrika Respublikası tarixində milli birlik hökuməti misilsizdir", - dövlət başçısı deyib. O, qeyd edib ki, hökumət ölkə xalqının maraqlarına uyğun qurulmuş bir sıra aydın prinsiplərə əsaslanacaq.

Ramaposa Cənubi Afrika Respublikasının vitse-prezidenti vəzifəsinə Pol Maşatilenin yenidən təyin olunduğunu açıqlayıb. Əvvəlki hökumətdə Ədliyyə Nazirliyinə rəhbərlik edən Ronald Lamol xarici işlər və əməkdaşlıq naziri təyin edilib. Müdafiə və veteranların işləri naziri əvvəllər ibtidai təhsil naziri vəzifəsini icra etmiş Angelina Moçekqa olub. Ağdərili azlıqları təmsil edən "Demokratik Alyans"ın lideri Jon Steynheyzen Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi