Şarl Mişel daşqınların baş verdiyi Türkiyəyə yardıma hazır olduqlarını bildirib

Şarl Mişel daşqınların baş verdiyi Türkiyəyə yardıma hazır olduqlarını bildirib Çarlz Mişel daşqınların baş verdiyi bölgələrə kömək etməyə hazır olduğunu bildirilib.
Digər ölkələr
8 Sentyabr , 2023 01:49
Şarl Mişel daşqınların baş verdiyi Türkiyəyə yardıma hazır olduqlarını bildirib

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel daşqınların zərər vurduğu Yunanıstan, Bolqarıstan və Türkiyəyə kömək etməyə hazır olduqlarını bildirib.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Avropa İttifaqı Şurasının sədri qeyd edib ki, daşqınların baş verdiyi ölkələrə yardıma hazırdır:

“Sel zamanı həyatını itirənlərin ailələri və hər şeyini itirən insanlar üçün kədərliyik. Əgər ehtiyacınız varsa, sizə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, - Şarl Mişel sosial şəbəkədəki paylaşımında qeyd edib.

Son xəbərlər

Orphus sistemi