İsveçrənin Cenevrə şəhərində aprelin 27-29-da Kipr probleminə həsr olunan qeyri-rəsmi toplantı keçiriləcək.
“Report” xəbər verir ki, 5+BMT formatında baş tutacaq görüşün təşəbbüskarı BMT-nin Baş katibi Antonio Quterreşdir.
Toplantıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Şimali Kipr Türk Respublikasının Ersin Tatar, yunan Kiprinin Prezidenti Nikos Anastasiadis iştirak edəcəklər.
Təminatçı ölkə kimi Yunanıstan və Böyük Britaniya nümayəndələri də toplantıya qatılacaqlar.