Cənubi Afrikada turist avtobusu ilə yük maşınının toqquşması nəticəsində 20 nəfər ölüb, 68 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəqliyyat hadisəsi ölkənin şimal-qərbində, Limpopo əyalətinin Makado bələdiyyəsinin 1 nömrəli magistral yolunda baş verib. Qeyd olunub ki, hadisə nəticəsində avtobus körpüdən çaya aşıb. Ölənlərin çoxu avtobusun altında qalıb.
Hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır.
İlkin məlumatlara görə, hadisə zamanı güclü yağış yağırmış.