Cənubi Koreya ABŞ-la genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır

Cənubi Koreya ABŞ-la genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır Cənubi Koreya və ABŞ iyun ayında genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır.
Digər ölkələr
22 Mart , 2023 09:31
Cənubi Koreya ABŞ-la genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır

Cənubi Koreya və ABŞ iyun ayında genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, tədbirlər proqramı müttəfiqlər arasında həmrəyliyi, onların texnoloji üstünlüyünü və “güc vasitəsilə sülh” prinsipinə sadiqliyini nümayiş etdirmək üçün hazırlanıb:

“Koreya Respublikası və ABŞ hərbçilərinin dünyaya və Şimali Koreyaya müdafiə və müdafiə sənayesi sahəsində nailiyyətlərini göstərə biləcək müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq”.

Bu təlimlərdə tərəflərin müasir texnikalardan, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi