Cənubi Koreya ilk dəfə öz istehsalı olan "Nuri" (KSLV-II) daşıyıcı raketinin startını həyata keçirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, raketin “Naro” kosmodromundan startı telekanallarda canlı yayımlanıb.
İki yüz ton çəkiyə malik raket yarım tonadək çəkisi olan peykləri orbitə çıxaracaq. Daşıyıcı raket üzərində işlər 2010-cu ildən etibarən aparılıb.