Cənubi Koreya Rusiyadan uran yanacağının alışını azaldacaq

Cənubi Koreya Rusiyadan uran yanacağının alışını azaldacaq Cənubi Koreya Rusiyadan uran nüvə yanacağının alışını azaltmağı planlaşdırır.
Digər ölkələr
16 Sentyabr , 2024 22:48
Cənubi Koreya Rusiyadan uran yanacağının alışını azaldacaq

Cənubi Koreya Rusiyadan uran nüvə yanacağının alışını azaltmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Yonhap agentliyi nüvə sənayesindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Cənubi Koreyanın Rusiya uran yanacağından asılılığı getdikcə daha da ağırlaşır. Bu səbəbdən Seul Rusiya yanacağının alışını azaltmağı planlaşdırır.

Qeyd edək ki, 2019-2023-cü illərdə Koreyanın KHNP şirkəti nüvə elektrik stansiyalarının istismarı üçün xaricdən 1947 ton zənginləşdirilmiş uran alıb. Bunların 34%-ə yaxını Rusiyanın payına düşür.

Son xəbərlər

Orphus sistemi