Cənubi Koreya Səudiyyəyə 3,2 milyard dollarlıq raketdən müdafiə sistemi göndərəcək

Cənubi Koreya Səudiyyəyə 3,2 milyard dollarlıq raketdən müdafiə sistemi göndərəcək Cənubi Koreyanın müdafiə şirkəti "LIG Nex1" Səudiyyə Ərəbistanına 3,2 milyard ABŞ dolları dəyərində "M-SAM II" zenit-raket kompleksləri tədarük edəcək.
Digər ölkələr
6 Fevral , 2024 18:45
Cənubi Koreya Səudiyyəyə 3,2 milyard dollarlıq raketdən müdafiə sistemi göndərəcək

Cənubi Koreyanın müdafiə şirkəti "LIG Nex1" Səudiyyə Ərəbistanına 3,2 milyard ABŞ dolları dəyərində "M-SAM II" zenit-raket kompleksləri tədarük edəcək.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, "M-SAM II" zenit-raket kompleksləri 40 km-ə qədər yüksəklikdə raketləri zərərsizləşdirməyə qadirdir.

"LIG Nex1" şirkəti bu sistemləri təchiz etmək üçün 2022-ci ilin yanvarında BƏƏ ilə saziş imzalayıb.

Son xəbərlər

Orphus sistemi