Cənubi Koreya Respublikasında leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri qurbanlarının sayı 4 gün ərzində 12 nəfər təşkil edib, daha 14 nəfər itkin düşmüş hesab edilir, eyni zamanda 7 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərə və Qəzalara əks təsir üzrə Mərkəzi Qərargahı bildirib.
Məlumata görə, ölənlərdən biri Seul sakinidir, eyni zamanda Kyonqido əyalətinin yeddi və Çxunçxon-Puktonun dörd sakini təbii hadisənin qurbanı olub.
Ölkədə 600-dən çox yaşayış evinə zərər vurulub, 5 min hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb. Torpaq sürüşməsi və daşqınlarla əlaqədar minsən çox insan təxliyə edilib.