Şimali Koreya Cənubi Koreyanın hava məkanını pozub - YENİLƏNİB

Şimali Koreya Cənubi Koreyanın hava məkanını pozub - YENİLƏNİB Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Kanvondo əyalətinin Xenson dairəsində qəzaya uğrayıb.
Digər ölkələr
26 Dekabr , 2022 14:12
Şimali Koreya Cənubi Koreyanın hava məkanını pozub - YENİLƏNİB

Koreya Xalq Demokratik Respublikasına aid azı 5 PUA Koreya Respublikasının hava məkanını pozub. 

“Report” “News-1” istinadən xəbər verir ki, məlumatı Koreya Respublikasının hərbçiləri bildiriblər. 

Məlumata görə, PUA-lar 2 metrdən uzun olmayıb. Onlardan birinin ölkə paytaxtı Seulun şimal rayonlarınadək, 4-ü isə Kanvondo adasına uçub.

Cənubi Koreya hərbi mənbələri bunu təxribat adlandırıb.

11:56

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Kanvondo əyalətinin Xenson dairəsində qəzaya uğrayıb.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya rəsmiləri bildiriblər.

Məlumata görə, yüngül “Ka-1” qırıcısının qəzaya uğradığı ehtimal olunur. Təyyarənin göyərtəsindəki iki pilot katapult edərək sağ qalıb. Onlar yaxınlıqdakı hospitala aparılıb.

Başqa bir məlumata görə, Şimali Koreya ərazisindən Cənubu Koreyanın hava məkanına uçan PUA-ya xəbərdarlıq atəşi açılıb.

Son xəbərlər

Orphus sistemi