Cənubi Sudanda toqquşmalarda 50-dən çox adam ölüb

Cənubi Sudanda toqquşmalarda 50-dən çox adam ölüb Cənubi Sudanın şərqində son dörd gündə icmalararası qarşıdurmalarda azı 56 nəfər ölüb.
Digər ölkələr
27 Dekabr , 2022 21:42
Cənubi Sudanda toqquşmalarda 50-dən çox adam ölüb

Cənubi Sudanın şərqində son dörd gündə icmalararası qarşıdurmalarda azı 56 nəfər ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, silahlı toqquşmalar nuer və murle xalqlarının icmaları arasında baş verib.

Toqquşmalar otlaqlara və su ehtiyatlarına çıxışla bağlı kəskin mübahisələrdən sonra baş verib. Ölkə hökuməti vəziyyətdən çıxış yolu tapmaq üçün əraziyə vasitəçilər göndərib.

Son xəbərlər

Orphus sistemi