Çex Respublikasında rəsmi saytlar hücuma məruz qalıb

Çex Respublikasında rəsmi saytlar hücuma məruz qalıb Çex Respublikasında hava limanları, dövlət dəmir yolları, müxtəlif dövlət və bələdiyyə idarələri, bir sıra özəl şirkətlərin saytları kiber hücumlara məruz qalıb.
Digər ölkələr
20 Aprel , 2022 13:24
Çex Respublikasında rəsmi saytlar hücuma məruz qalıb

Çex Respublikasında hava limanları, dövlət dəmir yolları, müxtəlif dövlət və bələdiyyə idarələri, bir sıra özəl şirkətlərin saytları kiber hücumlara məruz qalıb.

“Report” “Mlada Fronta Dnes”ə istinadən xəbər verir ki, bu barədə Milli Kiber və İnformasiya Təhlükəsizliyi Agentliyi (NUKIB) məlumat yayıb.

Belə ki, sözügedən saytlara xaricdən DdoS hücumları törədilib, yəni aramsız göndərilən çoxlu sayda sorğular nəticəsində saytın serveri tab gətirmir və sayt sıradan çıxır. O cümlədən “Ceske Drahy” dövlət dəmir yolları şirkəti onlayn bilet satışını həyata keçirə bilmir. Karlovı Varı və Pardubiçe hava limanları da çətinliklər barədə bildiriblər. Dövlət idarəçiliyi portalı hazırda fəaliyyətdən qalıb. Həmçinin “Twitter” hesabları da hücumlara məruz qalıb.

Hücumların rusiyapərəst “Killnet” haker qrupu tərəfindən törədildiyi bildirilir.

Bununla bağlı NUKIB daha əvvəllər Ukraynadakı vəziyyətlə bağlı xüsusilə də başlıca idarəçilik, informasiya və infrastruktur qurumlarına qarşı kiber casusluq və kiber hücumlar ehtimalı barədə xəbərdarlıq etmişdi.

Son xəbərlər

Orphus sistemi