Çexiya oktyabrın 25-dən turistik Şengen vizası olan rusiyalıların ölkəyə girişinə qadağa qoyacaq.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.
O vurğulayıb ki, məhdudiyyət istənilən ölkə tərəfindən verilən qısamüddətli turist vizası olan Rusiya vətəndaşlarına və ilk növbədə, Praqa Beynəlxalq Hava Limanına gələnlərə şamil ediləcək.
“Biz Rusiya Federasiyasının turizm, mədəniyyət və idman məqsədilə qısamüddətli Şengen vizası almış vətəndaşlarına qarşı tədbirlər həyata keçiririk. Onların Çexiyaya girişi qadağan olunacaq. Bu, ilk növbədə, Praqa hava limanına gələn Rusiya vətəndaşlarına aiddir”, - Y.Lipavski Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə deyib.