Çexiya vətəndaşlarının Ukraynada Rusiyaya qarşı döyüşməsinə icazə verilib.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala tviter səhifəsində yazıb.
“Miloş Zemanla (Çexiya Prezidenti - red.) görüşdə Ukraynaya gedərək ukraynalılar tərəfdən döyüşmək istəyənlərin cəzalandırlmayacaqlarına qarant verəcəyimizi razılaşdırdıq”, - o qeyd edib.
Volodimir Zelenski martın 3-də bildirmişdi ki, dünyanın 16 dövlətindən könüllülər Ukraynada Rusiyaya qarşı döyüşmək istəyir.
Qeyd edək ki, Çexiya qanunvericiliyinə əsasən, başqa dövlətin silahlı qüvvələrində hərbi xidmət edən ölkə vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilir.
Xatırlada ki, Miloş Zeman uzun müddət Rusiya Prezidenti Vladimir Putinin ən qatı tərəfdarlarından olub. Ancaq Ukraynaya qarşı müharibə başlayandan sonra rusiyalı həmkarını “ağılsız” adlandırıb.