Çexiya Prezidenti hökumətin istefasını qəbul edib

Çexiya Prezidenti hökumətin istefasını qəbul edib Çexiyada “Narazı vətəndaşların aksiyası” siyasi hərəkatının sədri Andrey Babişin başçılıq etdiyi hökumət istefa verib.
Digər ölkələr
11 Noyabr , 2021 19:42
Çexiya Prezidenti hökumətin istefasını qəbul edib
Andrey Babiş
0 : 00
0 : 00

Çexiya Prezidenti Miloş Zeman baş nazir Andrey Babiş hökumətinin istefasını qəbul edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Zeman Nazirlər Kabinetinin üzvlərinə yeni hökumət təyin olunana qədər öz vəzifələrini icra etməyi tapşırıb.

Praqada Mərkəzi Hərbi Hospitalda müalicə alan Çexiya Prezidenti ölkənin yeni hökumətinin formalaşdırılması ilə bağlı göstəriş verib.

Noyabrın 15-də Zeman ziyarətçiləri qəbul edə biləcək standart palataya köçürüləcək.

11:55

Çexiyada “Narazı vətəndaşların aksiyası” siyasi hərəkatının sədri Andrey Babişin başçılıq etdiyi hökumət istefa verib.

“Report” xəbər verir ki, məlumatı “CNN Prima News” yayıb.

Konstitusiyaya əsasən, Çexiya Prezidenti Miloş Zeman yeni hökumət formalaşanadək A.Babiş hökumətinə səlahiyyətlərini davam etdirməyi həvalə edəcək.

Son xəbərlər

Orphus sistemi