Çexiyanın şərqindəki Jihlava şəhərində musiqi festivalında yaranan izdiham zamanı 12 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə Çexiya polisi "X" sosial şəbəkəsində bildirib.
Belə ki, qeyri-sabit hava şəraiti səbəbindən festivalın keçirildiyi yerdə elektrik kəsilib, insanlar təşviş içərisində oranı tərk etməyə başlayıb və izdiham yaranıb.
Xəsarət alanlardan 7-si xəstəxanaya aparılıb.