Çexiyada yük qatarları toqquşub, xəsarət alan var

Çexiyada yük qatarları toqquşub, xəsarət alan var Çexiyanın şərqindəki Pardubitse bölgəsindəki Ceska Trebova şəhəri yaxınlığında iki yük qatarı toqquşub, bir nəfər xəsarət alıb.
Digər ölkələr
3 Dekabr , 2023 18:03
Çexiyada yük qatarları toqquşub, xəsarət alan var

Çexiyanın şərqindəki Pardubitse bölgəsindəki Ceska Trebova şəhəri yaxınlığında iki yük qatarı toqquşub, bir nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Pardubiçe vilayətinin yanğınsöndürmə və xilasetmə xidməti öz saytında məlumat yayıb.

Toqquşma nəticəsində altı yük vaqonu relsdən çıxıb.

Dəymiş zərər azı 150 milyon kron (təxminən 7 milyon dollar) qiymətləndirilir.

Hadisəyə səbəb qatarlardan birinin maşinistinin diqqətsizliyi və texniki dəmir yolu xəttinə çıxması olub.

Son xəbərlər

Orphus sistemi