“Brüssel bizim seçkiqabağı kampaniyamıza qarışır. Bu, onların işi deyil! Biz azad və suveren dövlətik”.
“Report” UNN-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş “Parlamentnilisty” nəşrinə müsahibəsində bildirib.
Məlumata görə, oktyabrın 8-9-da Çexiyada parlamentin Aşağı Palatasına seçkilərlə bağlı təbliğat kampaniyası keçirilir.
Andrey Babiş deyib ki, Avropa İttifaqı Komissiyası seçkiqabağı kampaniya ilə bağlı Çexiyaya təzyiqlər edir. Baş nazir Avropa İttifaqının şəffaflıq üzrə komissarı Vera Yurovanı tənqid edərək bildirib ki, komissar rəhbərlik etdiyi ANO (“Narazı vətəndaşlar hərəkatı”) siyasi hərəkatına rəhbərliyin hansı siyasi subyektlərlə əməkdaşlıq etməyi, kimlərdən imtina etməyi öyrədir: ”Bu, onun işi deyil. Bunun ona dəxli yoxdur. O, bu mövzuda danışmamalıdır”.
Bildirilib ki, Avropa İttifaqının rəhbər orqanları Çexiya ilə yanaşı, Macarıstan və Polşanın da daxili işlərinə qarışır. Bunu daha çox Avropa Parlamenti edir.
Andrey Babişin fikrincə, bu müdaxilə parlament seçkilərinin nəticələrinə təsir edir.