Rəsmi Moskvanın Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşını “persona non-qrata” elan etməsindən sonra səfirliyin binasında yalnız beş diplomat qalacaq.
“Report” xəbər verir ki, bunu Çexiya Prezidenti Administrasiyasının beynəlxalq şöbəsinin müdiri Rudolf Yindrak jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Çexiya səfirliyinin siyasi şöbəsinin praktiki olaraq bütün əməkdaşları Rusiyanı tərk etməlidirlər.
“Çexiyanın Rusiyadakı səfirliyində beş diplomat qalacaq. Rusiyanı tərk etməli olan insanların biri də kəşfiyyatçı deyil”.