Çin hökuməti ABŞ-ın Tayvana nəzərdə tutduğu 750 milyon dollar məbləğində silah və hərbi texnika satışı ilə bağlı cavab tədbirləri görəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında ABŞ-ın bu addımı onların “daxili işlərinə kobud müdaxilə” olaraq dəyərləndirib.
Belə ki, ABŞ Dövlət Departamenti ötən gün Tayvana 40 ədəd yeriyən hava topu və onlar üçün sursat satışını təsdiqlədikləri barədə Konqresə bildiriş göndərib. Bununla bağlı rəsmi Pekin Vaşinqtona qəti etirazını bildirib.
Xatırladaq ki, rəsmi olaraq Çinin əyaləti sayılan, əslində isə 1949-cu ildən ayrıca dövlət kimi fəaliyyət göstərən Tayvan Qərb ölkələri tərəfindən dəstəklənir.