Çin hakimiyyəti digər ölkələrə koronavirus infeksiyasına qarşı 1 milyard doza vaksin təqdim edib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Çjen Çjunvey məlumat verib.
“İlin sonunadək daha 2 milyard doza göndərməyə zəmanət veririk”, - o deyib.
Onun sözlərinə görə, bu il Çinin vaksin istehsalı 5 milyard dozanı ötəcək. Dövlət komitəsinin nümayəndəsi ölkənin pandemiya ilə uğurla mübarizə apardığını bildirib.
O qeyd edib ki, Çin 2 milyard doza ilə əhaliyə vurulmuş doza sayına görə dünyada birinci yeri tutur.