Çin hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı məlum olub

Çin hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı məlum olub Martın əvvəlində Cənubi Çin dənizində Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) “Y-8” sualtı qayıq əleyhinə patrul təyyarəsinin qəzaya uğraması nəticəsində azı 7 pilot və ekipaj üzvü ölüb.
Digər ölkələr
25 Mart , 2022 11:21
Çin hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı məlum olub

Martın əvvəlində Cənubi Çin dənizində Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) “Y-8” sualtı qayıq əleyhinə patrul təyyarəsinin qəzaya uğraması nəticəsində azı 7 pilot və ekipaj üzvü ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü “South China Morning Post” qəzeti məlumat yayıb.

Məlumata görə, bu yaxınlarda ölkənin bir sıra əyalətlərində matəm mərasimləri və ölən hərbçilərin dəfn mərasimləri keçirilib.

Çin Xalq Respublikasının Müdafiə Nazirliyi təyyarənin qəzaya uğraması faktını təsdiqləməyib və bu mövzunu şərh etmir.

Martın 6-da vyetnamlı jurnalist Danq Zuan mənbələrə istinadən tviter hesabında ÇXAO Hərbi Hava Qüvvələrinin martda Sanya şəhərinin (Haynan ada əyaləti) cənub-qərbindəki akvatoriya üzərində uçarkən “Y-8” təyyarəsi ilə əlaqəni itirdiyini bildirib. Bunun ardınca ÇXAO axtarış-xilasetmə əməliyyatı məqsədilə həmin ərazidə “hərbi təlim” keçirildiyini elan edib.

Qəzetin yazdığına görə, sualtı qayıq əleyhinə təyyarənin ən son versiyası olan “Y-8Q” təyyarəsinin ekipajına adətən 10 nəfərə qədər insan - pilotlar, radar sistemlərinin və hidrolokatorların, eləcə də silahların operatorları daxildir. Qəzetin fikrini öyrəndiyi ekspertlərin fikrincə, qəzaya səbəb bu tip təyyarələrin aşağı hündürlükdə uçuşu zamanı mühərrikdə yarana biləcək problemlər ola bilər.

Son xəbərlər

Orphus sistemi