Çin Tayvanla bağlı məsələlərə əcnəbi qüvvələrin müdaxiləsinə biganə qalmayacaq və birgə edilən əməllərə daha təsirli cavab verəcək.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin hökumətinin Tayvan İşləri Ofisinin sözçüsü Ma Siaoquanq mətbuat konfransında bildirib.
Ötən gün Tayvan hökuməti aralarında qırıcı və nüvə silahı daşıya bilən bombardmançıların da olduğu 28 Çin hərbi təyyarəsinin adanın hava məkanına daxil olduğunu açıqlamışdı.
Regiondakı gərginliyin məsuliyyətini Tayvan hökumətinin üzərinə qoyan Çin rəsmisi Tayvan tərəfinin müstəqilliyini tanıtdırmaq üçün xarici ölkələrlə iş apardığı qənaətində olduqlarını qeyd edib.
Xatırladaq ki, rəsmi olaraq Çinin bir əyaləti sayılan Tayvan son aylar Çin hava qüvvələrinin ada yaxınlığında uçuşlarını artırdığını, o cümlədən Tayvan tərəfinin nəzarətindəki Pratas adaları yaxınlığında cəmləşdiyi barədə narahatlığını bildirib. Bazar günü G7 zirvə görüşündə qəbul edilmiş birgə bəyanatda regiondakı bir neçə hadisəyə görə Çin tənqid edilib, Tayvan ətrafında sülh və sabitliyi qorumağın vacibliyi vurğulanıb.