Çinin Hərbi Hava Qüvvələri köhnəlmiş “Shenyang J-6” qırıcılarını kütləvi şəkildə yenidən dəyişdirir, MiQ-19 əsasında müasir dronlar (pilotsuz uçuş aparatları) yaradır.
“Report” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, digər dronlar Yantan-li bazasında yerləşdirilib. Daha bir şəkil sovet konstruksiyasına əsaslanan pilotsuz təyyarəni təsvir edir.
“Defence News” nəşri bildirib ki, təyyarələrin belə pilotsuz versiyaları potensial düşmənin hava hücumundan müdafiə sistemini zəiflətmək üçün kütləvi basqın məqsədilə nəzərdə tutulub.