Çin paytaxtının hökuməti şəhərin iki rayonundakı təhsil müəssisələrində COVID-19-un yayılması ilə əlaqədar əyani dərsləri ləğv edib.
"Report" bu barədə "Beijing Daily"ə istinadən xəbər verir.
Söhbət Tonçjou şəhərinin ətrafı və paytaxtın iki mərkəzi rayonundan biri - Xiçenqdən gedir. Tonçjouda orta və ibtidai məktəblərin, eləcə də peşə-texniki məktəblərinin şagirdləri distant təhsilə keçirilib. Uşaq bağçaları da növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanıb.
Əyani dərslərin ləğvi şəhər məktəblərindən birində koronavirusa yoluxma sayının artması ilə bağlıdır.
Aprelin 22-dən indiyədək Çinin paytaxtında COVID-19-a 138 yoluxma halı aşkarlanıb. Şəhərin 12 rayonunda səlahiyyətlilər bütün sakinləri koronavirus üçün test etməyə başlayıblar.