Çin və Sinqapur bu həftə birgə hərbi təlimlər keçirəcək.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu, adıçəkilən iki ölkənin 2021-ci ildən bəri ilk birgə təlimi olacaq.
Çin donanması aprelin sonundan mayın əvvəlinə kimi davam edəcək birgə dəniz təlimləri üçün “Yulin” raket freqatını və “Çibi” mina axtaran gəmini göndərəcək.