Çin və Tayvan hava əlaqəsini bərpa edirlər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə mərkəzi Fuçjou əyalətinin rəhbərliyi bildirib.
Qeyd olunub ki, Fuçjoudan Taybeyə və əks istiqamətdə uçuşlar mayın 22-də, Fuçjoudan Tayvanın iqtisadi mərkəzi olan Qaosünə isə iyunun 2-də bərpa olunacaq.
Materik Çindən adaya uçuşlar “Xiamen Airlines” tərəfindən həyata keçiriləcək.