Çin Əfqanıstandakı 210 vətəndaşını təyyarə ilə təxliyə edib.
“Report” xəbər verir ki, məlumatı Çin Kommunist Partiyasının rəsmi orqanı olan “Global Times” qəzeti yayıb.
Həmin şəxslərdən 52 nəfərində koronavirus aşkarlanıb.
Qeyd edək ki, “Taliban” qruplaşması Əfqanıstan ərazisinin 85 faizinə nəzarət etdiyini açıqlayıb.