Çinin xarici işlər naziri Van Yi Malayziyaya səfəri zamanı bu ölkənin Baş naziri Ənvər İbrahim və xarici işlər naziri Zambri Abdul Qadir ilə görüşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, tərəflər iqtisadi əməkdaşlığın təşviqi və “Bir kəmər, bir yol” təşəbbüsünün infrastruktur layihələrini müzakirə ediblər.
“Çin və Malayziya inkişaf etməkdə olan ölkələrdir, bizim inkişaf etməkdə olan bazarlarımız var. Ölkələr oxşar inkişaf konsepsiyalarına sadiqdirlər, geniş ümumi maraqlara malikdirlər”, - Van Yi Ənvər İbrahimlə görüşdə deyib.
O, həmçinin Çinin qarşılıqlı faydalılıq əsasında Malayziya ilə əməkdaşlığı gücləndirməyə hazır olduğunu təsdiqləyib.