Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib Çində yeni patogenlər və xəstəliklər aşkarlanmayıb, hazırda yayılan kəskin tənəffüs yolları xəstəlikləri isə məlum olan viruslarla əlaqədardır.
Digər ölkələr
3 Dekabr , 2023 03:40
Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Çində yeni patogenlər və xəstəliklər aşkarlanmayıb, hazırda yayılan kəskin tənəffüs yolları xəstəlikləri isə məlum olan viruslarla əlaqədardır.

"Report" xəbər verir ki, bunu Çində hazırda yayılan kəskin tənəffüs yolları xəstəlikləri ilə bağlı sualı cavablandıran bu ölkənin səhiyyə üzrə dövlət komitəsinin rəsmi nümayəndəsi Mi Fen bildirib.

O, hazırda Çində dövr edən xəstəliklərlə mübarizə aparmaq üçün optimal metodların mövcud olduğunu vurğulayıb.

Qeyd edək ki, Çin yeni respirator xəstəliklər dalğası ilə mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi