Çin uzaqdan zondlama peykini orbitə çıxarıb

Çin uzaqdan zondlama peykini orbitə çıxarıb Çin "Tianhui 5-02" Yerin uzaqdan zondlama peykini uğurla orbitə çıxarıb.
Digər ölkələr
5 İyul , 2024 06:39
Çin uzaqdan zondlama peykini orbitə çıxarıb

Çin "Tianhui 5-02" Yerin uzaqdan zondlama peykini uğurla orbitə çıxarıb.

“Report”xəbər verir ki, bu barədə “Zhongguo Hantianbao” qəzeti məlumat yayıb.

Qurğunun buraxılışı Tayyuan kosmodromundan (Şansi əyalətinin şimalı) dəyişdirilmiş CZ-6 raketindən istifadə edilməklə həyata keçirilib. Bu, "Long March" tipli daşıyıcı üçün 527-ci buraxılış olub.

"Tianhui 5-02" coğrafi məlumatların ötürülməsi, torpaq siyahıyaalınması və elmi tədqiqatlar üçün istifadə olunacaq.

Modifikasiya edilmiş "CZ-6" yeni nəsil ikipilləli ekoloji cəhətdən təmiz raketdir, diametri 4,2 m-dir, uzunluğu 50 m-ə çatır.

Son xəbərlər

Orphus sistemi