Çinin Hunan əyalətinin Çanşa şəhərində yanan 42 mərtəbəli bina dövlət şirkəti olan "China Telecom"a məxsus olub.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, yanğın söndürülsə də, ölən və yaralananların sayı məlum deyil.
13:49
Çinin Çanşa şəhərində (Mərkəzi Çin Hunan əyaləti) yerləşən göydələndə güclü yanğın baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, yanğın binanın on mərtəbəsini əhatə edib.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları işləyir. Binanın hündürlüyü 200 metrdən çoxdur.
Hadisə qurbanları və zərərçəkənlər barədə hələlik məlumat verilmir.