Çinin şimal-qərbindəki Tsinhay əyalətində kömür şaxtasını su basması nəticəsində 1 nəfər ölüb, 19 nəfər dağıntılar altında qalıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, şaxta çökən zaman içəridə 21 nəfər olub. Bir nəfəri çıxarmaq mümkün olub, onun vəziyyəti ağırdır.
Hadisə yerində xilasetmə işləri davam edir. Qəzanın təfərrüatları dəqiqləşdirilir.