Çinin cənub-qərb regionundakı Quijou əyalətində qasırğa nəticəsində 4 nəfər xəsarət alıb.
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, yerli rəsmilərin bildirdiyinə görə, şənbə günü əyalət mərkəzi Quiyanq şəhərini vuraraq 44,5 m/s-dək güclənən fırtına nəticəsində bütövlükdə 9 minədək sakin zərər çəkib, 800-dək ev zədələnib, 1-i isə dağılıb.
Kaiyanq Dairə Fövqəladə Hallar Bürosunun açıqlamasına görə, təbii fəlakət nəticəsində 876 hektar qarğıdalı əkinləri, 60 hektar meşə sahəsinə ziyan dəyib. Vurulan iqtisadi zərərin məbləği 97,78 milyon yuan (15,19 ABŞ dolları) təşkil edir.