Çində sənaye zonasında baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb

Çində sənaye zonasında baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb Çinin Henan əyalətində sənaye zonasında baş vermiş partlayış nəticəsində ən azı beş nəfər həlak olub, daha 14 nəfər yaralanıb.
Digər ölkələr
27 İyul , 2024 08:25
Çində sənaye zonasında baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb

Çinin Henan əyalətində sənaye zonasında baş vermiş partlayış nəticəsində ən azı beş nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, hadisə Yunçen şəhərindəki “Qaoçjuan” sənaye parkında baş verib. Partlayışın səbəbi “Zhongrui Nonferrous” şirkətinin zavodunda alüminium külçələrin hazırlanması üçün nəzərdə tutulmuş avadanlığın nasazlığı olub.

Qeyd olunub ki, polis obyektin işinə cavabdeh olan şəxsləri saxlayıb.

Hadisənin təfərrüatları araşdırılır, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi