Çinin cənubundakı Quandun əyalətinin Quançjou şəhərində bıçaqla silahlanmış şəxs uşaq bağçasının yaxınlığında ətrafdakılara hücum edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edilir ki, hadisə zamanı 7 nəfər xəsarət alıb, onlardan 5-i uşaqlardır. Uşaqlardan ikisinin vəziyyəti ağırdır. Yaralıların hamısı tibb müəssisəsinə çatdırılıb. Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.